Bütün xəbərlər
KİV: Lionel Messi daha bir ay yaşıl meydanlardan kənarda qala bilər
Tarix: 28-08-2019 14:50 | Bölmə: Karusel

                                  

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin zədəsi uzun çəkə bilər.
"Report" RAC1-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir ay yaşıl meydanlardan kənar qalacaq. Argentinalı forvard zədə səbəbindən Kataloniya təmsilçisinin ABŞ-dakı təlim-məşq toplanışını və La Liqanın birinci turunu buraxmalı olub.
Qeyd edək ki, Messinin ayaq əzələsində problem var.. "Barselona"da Luis Suares, Usman Dembele və qapıçı Neto da zədəlidir. 



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər