Bütün xəbərlər
Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib
Tarix: 25-08-2019 14:44 | Bölmə: Karusel

                                    

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.
Əlavə məlumat veriləcək.



Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər