Bütün xəbərlər
Yaponiyada Asama vulkanı püskürməyə başladı
Tarix: 08-08-2019 01:27 | Bölmə: Karusel

                   

Yaponiyanın Honsü adasının mərkəzi hissəsində yerləşən Asama vulkanı püskürməyə başlayıb.
Trend-in məlumatına görə, püskürməyə üçüncü dərəcəli təhlükə statusu verilib.
Hələlik vulkan püskürməsi nəticəsində hər hansı bir fəsadın olmadığı deyilsə də, sakinlərə vulkana 4 kilometrədək yaxınlaşmamaq məsləhət görülüb.
Püskürmə hazırda davam edir.
Qeyd edək ki, 2568 metr hündürlüyü olan Asama aktiv vulkanı sonuncu dəfə 2009-cu ildə püskürüb.


Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər