Bütün xəbərlər
Xalq artisti qəzaya düşdü - Fotolar
Tarix: 07-08-2019 01:01 | Bölmə: Karusel
         Xalq artisti qəzaya düşdü - Fotolar


Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Axşam.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.
Bildirilir ki, yol qəzası zamanı "Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.
Qeyd edək ki, "Chery" markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.
 
 
 
 



Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər