Bütün xəbərlər
Göyçayda spirtli içki istehsal edən müəssisə yandı
Tarix: 06-08-2019 00:42 | Bölmə: Karusel
                

Göyçay rayonunda spirtli içki istehsal edən müəssisədə yanğın baş verib. 
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb. 
Sahibkar Vaqif Məmmədova məxsus "Emil" firmasının köhnə konyak zavodunun yerində fəaliyyət göstərən spirtli içki istehsalı müəssisəsində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 
Hadisə zamanı ümumi sahəsi 465 kvadratmetr olan zavodun məhsulsaxlama anbarının 300 kvadratmetrlik tavanı və spirt istehsalı sexinin 50 kvadratmetrlik çardağı yanıb. 
Müəssisənin tavanı tez alışan materialdan olduğu üçün alov qısa müddətdə zavodun hər yerini əhatə edib. Hadisə zamanı zavodun 350 kvadratmetrlik hissəsi və həyətdəki bir hektar kol-kos yanıb. 
Yanğın Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 



Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər