Bütün xəbərlər
Qəbələdə toyda zəhərlənənlərin sayı 72-yə çatdı
Tarix: 06-08-2019 00:34 | Bölmə: Karusel
              

Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qidadan zəhərlənənlərin sayı 72 nəfərə çatıb.
Modern.az xəbər verir ki, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. 
Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb, səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar. 
APA-nın yerli bürosunun xəbərinə görə, hazırda Mərkəzi Xəstəxanada 5, Diaqnostika Mərkəzində 3 xəstənin stasionar müalicəsi davam etdirilir. 
Zəhərlənən şəxslərdən 1961-ci il təvəllüdlü İlqar Mikayılov, 1991-ci il təvəllüdlü Vahid Abdullayev, 1970-ci il təvəllüdlü Dilşad Abdullayev, 2012-ci il təvəllüdlü Nərmin Qurbanova, 2001-ci il təvəllüdlü Nurlan Əsgərov, 1992-ci il təvəllüdlü Rauf Mikayılov, 1969-cu il təvəllüdlü Sevgili Muradov, 1960-cı il təvəllüdlü Elnur Xurşudov, 1970-ci il təvəllüdlü Habil Nurəddinovun vəziyyətinin ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 406


Bölməyə aid digər xəbərlər