Bütün xəbərlər
Kolleclərə ixtisas seçimi bu gün başa çatır
Tarix: 05-08-2019 14:27 | Bölmə: Karusel

                


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan mərkəzindən Trend-ə bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
5 avqust saat 09:10-a olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:
Azərbaycan bölməsi -12928; rus bölməsi - 263; cəmi - 13191
Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.



Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər