Bütün xəbərlər
Yaponiyada Ebola virusuna yoluxmaqda şübhəli bilinən qadın xəstəxanaya yerləşdirilib
Tarix: 04-08-2019 12:08 | Bölmə: Karusel

                           


Tokioda Konqo Demokratik Respublikasında səfərdə olan yaşlı bir qadın Ebola virusu xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qonşu Saytama prefekturasının 70 yaşlı sakini iyulun 31-də Konqodan səfərdən qayıdıb və üç gündən sonra hərarətin yüksəlməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Elə həmin gün axşam saatlarında onun temperaturu 39,2 dərəcəyə qalxıb.
İndi o, Tokiodakı tibb müəssisələrinin birində müalicə alır. Malyariya üçün götürülən qan nümunəsi də mənfi nəticə verib. Ebola virusunun olub-olmaması isə hələ təsdiqlənməyib.



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər