Bütün xəbərlər
ABŞ-ın prezidenti Texasdakı silahlı insidentdən yazıb
Tarix: 04-08-2019 11:29 | Bölmə: Karusel



ABŞ-ın prezidenti Donald Tramp Texasda baş vermiş silahlı insidentə münasibət bildirib.
Trend-in məlumatına görə, Tramp da hadisə ilə bağlı şəxsi “Twitter” səhifəsi vasitəsilə verdiyi açıqlamada say bildirməsə də, ölənlərin olduğunu təsdiqləyib.
"Texas ştatının El Paso şəhərində dəhşətli atışma olub. Çox pis xəbər oldu. Çox sayda insan öldürülüb. Dövlət və yerli hakimiyyət orqanları ilə, eləcə də aidiyyəti orqanlarla intensiv əlaqə yaradılır”, - o,“Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, "Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 19 nəfər ölüb, 40 nəfər yaralanıb



Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər