Bütün xəbərlər
Türkiyədə 41 polis əməkdaşı saxlanıldı
Tarix: 03-08-2019 16:31 | Bölmə: Karusel
                                  

Türkiyənin hüquq-mühafizə orqanları 19 şəhərdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçiriblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Adana vilayət prokurorluğunun, daxili işlər, terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ üzvü olmaqda şübhəli bilinən 41 polis əməkdaşı saxlanılıb.
Onların FETÖ ilə ordudakı təmsilçiləri arasında əlaqə yaradan “təşkilatın imamları” ilə xüsusi xəbərləşmə sistemi vasitəsilə mütəmadi olaraq əlaqə saxladıqları ehtimal olunur.
Əməliyyat zamanı digər şəhərlərdə saxlanılan şəxslər də Adanaya gətirilib.



Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər