Bütün xəbərlər
Həmyerlisini qətlə yetirən şəxsə hökm oxunub
Tarix: 31-07-2019 13:06 | Bölmə: Karusel

                   Həmyerlisini qətlə yetirən şəxsə hökm oxunub


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilərək həbs edilən 1980-ci il təvəllüdlü, Şabran rayon sakini Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən V. Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V. Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi yaşadığı evin həyətində görüb. Bu zaman V. Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək, ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R. Hacıyev hadisə yerində ölüb.
V. Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər