Bütün xəbərlər
Çavuşoğlu: Türkiyənin NATO ilə heç bir problemi yoxdur
Tarix: 30-07-2019 18:32 | Bölmə: Karusel



Türkiyənin NATO ilə heç bir problemi yoxdur.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Ankaraya satdığı və tədarükü həyata keçirilən S-400 zenit-raket kompleksləri ilə bağlı məsələni şərh edərkən deyib.
Nazirin sözlərinə görə, S-400 alınması NATO üçün heç bir təhlükə yaratmır və bunu orada hamı bilir.
M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə NATO-nun mühüm üzvüdür və terrorizmlə mübarizədə böyük rol oynayır.



Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər