Bütün xəbərlər
İrandan Azərbaycana psixotrop həblər gətirən əcnəbi saxlanıldı
Tarix: 31-01-2018 13:25 | Bölmə: Karusel

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Göpmrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tehran-Bakı aviareysilə gələn İran vətəndaşının çamadanı rentgen aparatından keçirilərkən çamadanda olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.
Vətəndaşın çamadanı təkrar yoxlanılıb və çamadanın içərisində olan şəxsi əşyaların arasında, üzərində "Alprazolam 1 - ABIDI, Alprazolam 1 mg" sözləri yazılmış iki ədəd qutudakı 15 konvalyutun hər birində 10 ədəd olmaqla, cəmi 150 ədəd ağ rəngli həblər aşkar edilib.



Baxış sayı: 397


Bölməyə aid digər xəbərlər