Bütün xəbərlər
Türkiyə klubu Emre Moru icarəyə götürür
Tarix: 29-07-2019 10:27 | Bölmə: Karusel

                                

Türkiyənin “Qalatasaray” klubu İspaniya “Selta”sının futbolçusu Emre Moru icarəyə götürür.
“Report” “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. 20 yaşlı cinah yarımmüdafiəçisinin keçidinin yaxın günlərdə elan olunacağı bildirilir. 
Qeyd edək ki, Emre Mor 2017-ci ilin yayında 13,5 milyon avro qarşılığında Almaniyanın “Borussiya” (Dortmund) klubundan “Selta”ya keçib. O, böyük potensiala malik olsa da, psixoloji problemlərinə və intizamsız davranışlarına görə əsas heyət üzvünə çevrilə bilməyib. Gənc futbolçu ötən mövsüm La Liqada 10 matçda meydana çıxıb.



Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər