Bütün xəbərlər
“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı tutuldu
Tarix: 28-07-2019 16:42 | Bölmə: Karusel


Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.
Modern.az-ın APA –ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İnterpol"un axtarış siyahısında yer alan, 2016-ci ildə sui-qəsd cəhdində şübhəli sayılan 1989-cu il təvəllüdlü T. C Samtsxe-Cavaxeti Polis Departamentinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Məlumatnda hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub.



Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər