Bütün xəbərlər
Ruhani: İran Fars körfəzinin dənizçilik üçün etibarlı yol olmasına çalışır
Tarix: 28-07-2019 16:36 | Bölmə: Karusel



İran İslam Respublikası Oman körfəzi, Fars körfəzi və Hörmüz boğazının beynəlxalq dənizçilik üçün etibarlı və təhlükəsiz yol olmasına çalışır.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Omanın xarici işlər naziri Yusif Bin Ələvi ilə görüşdə deyib.
H.Ruhaninin sözlərinə görə, regionda xarici qüvvələrin iştirakı təhlükəsizliyə kömək etməyəcək. O bildirib ki, xarici qüvvələrin iştirakı bölgədə gərginliyin əsas səbəbidir:
“Böyük Britaniyanın İrana məxsus neft tankerini Cəbəllütariq boğazında saxlaması qeyr-qanunidir və Britaniya üçün heç bir faydası olmayacaq”.



Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər