Bütün xəbərlər
Göyçayda evin həyətindən nəhəng ilan aşkarlanıb - FOTO
Tarix: 27-07-2019 17:45 | Bölmə: Karusel

                                     


Göyçay rayonunda nəhəng ilan evə hücum edib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyulun 26-da saat 21:30 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndndə qeydə alınıb.
Belə ki, kənd sakini Cavid Həşimov həyətlərinə soxulan bir metrlik ilanı zərərsizləşdirmək üçün əvvəlcə avtomobili ilə onun üzərindən keçib. O, daha sonra çomaq vasitəsi ilə ilanı öldürüb. 
C.Həşimovun sözlərinə görə, əvvəlcə zəhərli ilanı həyətlərində görüncə qorxuya düşüb, lakin özünü itirməyib və ilanı öldürüb.   



Baxış sayı: 355


Bölməyə aid digər xəbərlər