Bütün xəbərlər
Cüdoçumuz finala yüksəldi
Tarix: 26-07-2019 16:03 | Bölmə: Karusel


Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.
Modern.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Alin Baqri üzərində ipponla qələbə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə Axmed Maqomadov (Rusiya) - Jan Karletti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq-da yarışan Məhərrəm İmamverdiyev də təsəlliverici görüşlərdə qələbə qazanıb. O, bürünc medal uğrunda görüşdə İsrail təmsilçisi ilə qarşılaşacaq.
 Qadın cüdoçu, 70 kq-da yer alan Nərmin Əmirli təsəlliverici görüşdə rusiyalı Yelizaveta Postnikovaya uduzub.



Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər