Bütün xəbərlər
Hərbi təyyarə qəzası ilə bağlı yaradılan qərargahda xidməti müşavirə keçirilib
Tarix: 25-07-2019 17:49 | Bölmə: Karusel


Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.
Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.



Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər