Bütün xəbərlər
Yeni dərs ili üçün dərsliklər sentyabrın 6-dək şagirdlərə paylanacaq
Tarix: 25-07-2019 17:45 | Bölmə: Karusel

               


Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib.
Belə ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.
Dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur.
Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər