Bütün xəbərlər
Norveçdə Utoya faciəsi qurbanlarının abidəsini alçaldan iki nəfər həbs edilib
Tarix: 23-07-2019 04:18 | Bölmə: Karusel

                                       

Norveç polisi 2011-ci ildə Anders Breivik tərəfindən törədilən terror aktında ölən 77 nəfərin xatirəsinə ucaldılan abidəni ləkələməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
"Report" Rusiya mətbuatına istinadən məlumat verir ki, onlar abidə üzərində qeyri-etik sözlər və rəsmlər çəkiblər.
Polis gənclərin əvvəllər qanun pozuntularına görə məsuliyyətə cəlb edilib-edilmədikləri və millətçi bir təşkilata üzv ola biləcəkləri barədə məlumat vermir. 
Məsələ ilə bağlı araşdırmalara başlanılıb. Bu hadisədə iştirakda ehtimal edilən şəxslər hələki məlum deyil. 
Qeyd edək ki, O, 2011-ci ildə Oslonun mərkəzində partlayış törədərək gənclər düşərgəsini gülləbaran etmişdi.
Həmin hadisələr nəticəsində 77 nəfər həlak olmuşdu.
2012-ci ildə o, 21 il müddətinə həbs cəzasına məhkum edilib.



Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər