Bütün xəbərlər
"Real" gözlənilmədən "Valensiya"nı səfərdə darmadağın edib
Tarix: 27-01-2018 22:59 | Bölmə: Karusel

                    Kral klubu bu qələbə sayəsində İspaniya çempionatının 4-cü pilləsində möhkəmlənib

"Real" futbol üzrə İspaniya çempionatının 21-ci turunda "Valensiya"nı məğlub edib.
“Report” xəbər verir ki, Valensiya şəhərinin "Mestalya" stadionunda keçirilən görüş 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
"Real" bu qələbə sayəsində 20 oyuna xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlində 4-cü yeri tutur. "Valensiya" (40 xal, 21 oyu) üçüncüdür.
İspaniya Primerosu . 21-ci tur
"Valensiya" – "Real" - 1:4
Qollar: 0:1 – Ronaldu – 16 (pen), 0:2 – Ronaldu – 38 (pen), 1:2 – Lorenso – 58, 1:3 – Marselo – 84, 1:4 – Kroos – 89.



Baxış sayı: 425


Bölməyə aid digər xəbərlər