Bütün xəbərlər
Dəftərxanada qaz qəzası zamanı xəsarət alan xəstəxanaya yerləşdirilib
Tarix: 27-01-2018 11:36 | Bölmə: Karusel



Bu gün səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan bir nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Bu barədə Trend-ə Respublika Yanıq Mərkəzindən məlumat verilib.
Mərkəzdən verilən məlumata görə, yaralı 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun vəziyyəti ağırdır: "Xəstənin bədəninin 90 fazi yanıq xəsarətləri var".



Baxış sayı: 404


Bölməyə aid digər xəbərlər