Bütün xəbərlər
Rəqibini 5 saniyədə məğlub edib rekorda imza atdı
Tarix: 08-07-2019 00:30 | Bölmə: Karusel
                  

Amerikalı döyüşçü Xorxe Masvidal UFC tarixində rekorda imza atıb.
Modern.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, rəqibini 5 saniyə ərzində məğlub edib.
Hadisə Las-Veqasda keçirilən UFC 239 turnirində baş verib. Döyüşün əvvəlində həmvətənlisi Ben Askrenanın üstünə şığıyan Masvidal onu nokdauna salıb. Bundan sonra matç dayadırılıb.
Qeyd edək ki, bundan əvvəlki rekord amerikalı Dueyn Lüdviqə məxsus idi. O, 2006-cı ildə kanadalı Conatan Quleni 6 saniyə ərzində məğlub etmişdi. 



Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər