Bütün xəbərlər
Türkiyədə 43 qanunsuz miqrant saxlanılıb
Tarix: 07-07-2019 09:56 | Bölmə: Karusel

                                    



Türkiyənin qərbində onlarla qanunsuz miqrant saxlanılıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, jandarm əməkdaşları Çanaqqala vilayətində, Ayvacıq ərazisində 43 əfqan miqrantı saxlayıblar. Onlar Yunanıstana keçməyə cəhd göstəriblər. Saxlanılanlar arasında qadınlar və uşaqlar da var.
Miqrantlar Ayvacıqın Miqrasiya Mərkəzinə aparılıblar.



Baxış sayı: 529


Bölməyə aid digər xəbərlər