Bütün xəbərlər
Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin “isti izlər”lə tapılması təmin edilib
Tarix: 24-01-2018 23:02 | Bölmə: Karusel

Ötən il yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində fəal iştirak ediblər. Məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil onlar tərəfindən saxlanılıb. Polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 odlu silah aşkar edilərək istintaq orqanlarına verilib.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.
Ramiz Zeynalov qeyd edib ki, həmçinin qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb. Habelə 272 saxta sənəd aşkarlanaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin “isti izlər”lə tapılması təmin edilib.




Baxış sayı: 506


Bölməyə aid digər xəbərlər