Bütün xəbərlər
ŞAHMAT ÜZRƏ SUMQAYIT ÇEMPİONATINA YEKUN VURULDU
Tarix: 05-07-2019 20:51 | Bölmə: Karusel


      04-05 iyul 2019-cu il tarixlərində Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilən Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş şahmat həll etməsi üzrə kişi və qadınlar arasında şəhər çempionatına yekun vuruldu.
            Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qadınlar arasında Səbinə Rzalı birinci, Aytac Kərimli ikinci, Jalə Kərimli isə üçüncü yeri tutmuşlar. Kişilərin mübarizəsində Abusəddin Mollayev, Hüseyn Əhmədzadə və Murad İsmayılov müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşlər.
            Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman, medal və hədiyyələri ilə təltif olunmuşlar.
Sabaha-inamla.Az





Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər