Bütün xəbərlər
Bu gün Sumqayıt Cümə məscidinin axund müavini Seyid Fərruxun doğum günüdür -TƏBRİK EDİRİK!
Tarix: 24-01-2018 15:20 | Bölmə: Karusel
Bu gün Sumqayıt Cümə məscidinin axund müavini Seyid Fərruxun doğum günüdür. Bu münasibətlə Seyidi təbrik edirik, ona uzun ömür, can sağlığı, işlərində uğurlar diləyirik!
Hörmətli Seyid!
Bu əlamətdar gün münasibəti ilə istəyirik sizə bir-iki kəlmə xoş söz yazaq. Əslində siz bütün xoş sözlərə layiq bir insansınız. Ancaq yenə də ürəyimizdən keçənləri dilimizə gətirsək daha xoş olar. Elə deyilmi?!
Azərbaycan xalqının bayramları çox olur, İslam dininin bayramları da xüsusi qeyd edilir. Müqəddəs insanların doğum gününü İslam dinində mövlud kimi qeyd edirlər, eyni zamanda həmin günü bayram kimi də qeyd edirlər.
Siz İslam dininin bilicisi kimi Quran elminin təbliği ilə məşğul olan insanlardan birisiniz. Quran elminin dərinliklərinə bələd olmağınız hər sahədə özünü göstərir. Sizin yetişdirdiyiniz tələbələrin sayı günbəgün artır və siz gördüyünüz işinizlə, yetişdirdiyiniz tələbələrinizlə həmişə fəxr edirsiniz. Onlar da sizin adınızı hər zaman hörmətlə çəkirlər. Siz həqiqətən bu hörmətə layiq insansınız. Biz inanırıq ki, hələ sizin görəcəyiniz işlər qabaqdadır.
Hörmətli Seyid Fərrux.
Siz eyni zamanda adıyla tanınan bir nəsildə dünyaya məhz bu gün gəlmisiniz. Bu gün münasibəti ilə bir daha sizi təbrik edirik, mövludunuz mübarək olsun, deyirik.
Hörmətlə; Sumqayıt Cümə məscidinin kollektivi










Baxış sayı: 694


Bölməyə aid digər xəbərlər