Bütün xəbərlər
Səbaildə qanlı gecə: 26 yaşlı oğlan yaralandı
Tarix: 03-07-2019 04:13 | Bölmə: Karusel



Səbail rayonunda 26 yaşlı oğlan bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, Badamdar qəsəbəsində 1993-cü il təvəllüdlü Paşayev Rəşad Sənan oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
R.Paşayevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.



Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər