Bütün xəbərlər
Binəqədidə ər arvadını bıçaqladı
Tarix: 03-07-2019 03:54 | Bölmə: Karusel



Binəqədidə ər həyat yoldaşını bıçaqlayıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun 1-ci Mədən yaşayış massivində baş verib.
1986-cı il təvəllüdlü Qafarlı Ülviyyə Kamal qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Nəticədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.



Baxış sayı: 349


Bölməyə aid digər xəbərlər