Bütün xəbərlər
ŞAHMAT ÜZRƏ SUMQAYIT ÇEMPİONATINA YEKUN VURULDU
Tarix: 02-07-2019 01:37 | Bölmə: Karusel

     24-29 iyun 2019-cu il tarixlərində Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində “26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü”nə həsr edilmiş şahmat üzrə kişi və qadınlar arasında şəhər çempionatına yekun vurulmuşdur.
            Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qadınlar arasında Aytac Kərimli (6.5 xal) birinci, Nurtən Nuriyeva (6 xal) ikinci, Şəms Fərzəliyeva (5 xal) isə üçüncü yeri tutmuşlar. Kişilərin mübarizəsində Şövkət Səlimov (7.5 xal), Fərhad Fərhadlı (7 xal) və Rasim Eyvazov (7 xal) müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşlər.
            Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman, medal və hədiyyələri ilə təltif olunmuşlar.
Sabaha-inmala.Az



Baxış sayı: 413


Bölməyə aid digər xəbərlər