Bütün xəbərlər
Trampın mətbuat katibi jurnalistlərin davasında xəsarət alıb
Tarix: 30-06-2019 16:15 | Bölmə: Karusel
                           

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşü zamanı arzuedilməz olay yaşanıb.
Modern.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə CNN telekanalının jurnalisti Cim Akosta "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
D.Tramp və K.Ç.İnin görüşünü işıqlandırmaq üçün daha yaxşı mövqedə dayanmaq istəyən amerikalı və Şimali koreyalı jurnalistlər arasında dava-dalaş olub. Ağ Evin mətbuat katibi Stefani Qrişam bu dava-dalaş zamanı yüngül xəsarət alıb.



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər