Bütün xəbərlər
Güclü külək Mingəçevirdə fəsadlar törətdi
Tarix: 30-06-2019 02:00 | Bölmə: Karusel
         

Küləkli hava şəraiti Mingəçevirdə bəzi fəsadlara səbəb olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, yağışla müşayiət olunan külək zamanı ağaclardan biri Vəli Hüseynov küçəsinə düşüb. Avtomobil və piyadaların hərəkətinə müvəqqəti əngəl yaradan ağac həm də yaxınlıqdakı obyektlərdən birinə məxsus kiçikdiametrli qaz xəttini zədələyib.
Digər ərazilərdə də azmiqyaslı oxşar təbiət hadisəsi müşahidə olunub. Hava şəraiti bəzi küçələrdə açılmalara və elektrik enerjisinin verilişində fasilələrə səbəb olub, 20 Yanvar küçəsində fasilə daha uzun vaxt alıb. Bu zaman həmin ərazinin kəsişmələrində, xüsusilə də N.Nərimanov küçəsi ilə təmas hissədə nəqliyyatın hərəkətini tənzimləyən işıqforlar sönüb.
Külək səngidikdən sonra şəhər təsərrüfatında qeydə alınan problemlər aradan qaldırılıb.



Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər