Bütün xəbərlər
Ermənistan Ağdamda yenidən yanğın törətdi
Tarix: 30-06-2019 01:54 | Bölmə: Karusel
                            

Ermənistan hərbi qüvvələri nəzarət etdikləri Ağdam rayonunda yenidən yanğın törədib.
Modern.az  APA-ya istinadən xəbər verir ki, havanın küləkli olması alovun qısa müddətdə onlarla hektar əraziyə yayılmasına səbəb olub.
Eyni zamanda külək alovun istiqamətini rayonun cəbhəyanı kəndlərinə yönəldib. Qoşunların qarşıdurma xəttini keçən alov cəbhəyanı kəndlərə çatıb. Yerli sakinlərin müraciəti əsasında əraziyə yanğından mühafizə briqadası cəlb olunub.



Baxış sayı: 419


Bölməyə aid digər xəbərlər