Bütün xəbərlər
Merkel titrəməsindən danışdı: Keçib gedəcək
Tarix: 29-06-2019 15:16 | Bölmə: Karusel



Almaniya Kansleri Angela Merkel əmin edib ki, səhhətində ciddi problem yoxdur.
TASS xəbər verir ki, o, bunu rəsmi tədbirlər zamanı qəfil titrəməsini şərh edərkən deyib.
“Əminəm ki, bu, necə əmələ gəlibsə, eləcə də keçib gedəcək. Xüsusi bir şey deyə bilmərəm. Özümü yaxşı hiss edirəm”, - Kansler bildirib.
Xatırladaq ki, A.Merkel iyunun 18-i və 27-də müvafiq olaraq, Ukrayna və Almaniya prezidentləri ilə görüşü zamanı bərk titrəməsi ilə diqqət mərkəzinə düşmüşdü.
Oxu.az



Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər