Bütün xəbərlər
Masallıda evdən pul və qızıl oğurlayan Yevlax sakini saxlanılıb
Tarix: 27-06-2019 10:35 | Bölmə: Karusel

                    


Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı rayonunun Bədəlan kənd sakini C. Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl zinət əşyaları və 100 manat pulun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.



Baxış sayı: 405


Bölməyə aid digər xəbərlər