21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Axtarışda olan keçmiş məhkum saxlanılıb
Tarix: 22-01-2018 12:47 | Bölmə: Karusel

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefon almasını bildiriblər.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və şübhəli qısa zamanda müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun əvvəllər məhkum olunmuş, həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan paytaxt sakini Ramin Rzayev olması müəyyən edilib



Baxış sayı: 452


Bölməyə aid digər xəbərlər