Bütün xəbərlər
Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü
Tarix: 26-06-2019 09:25 | Bölmə: Karusel

                

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini Qəribov Orxan İlham oğlu idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlı qadını vurub.
Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər