Bütün xəbərlər
“Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı
Tarix: 26-06-2019 02:36 | Bölmə: Karusel
                             

Dünən axşam saatlarında Salyan rayonunun Qarabağlı kəndində baş verən daha bir yol-nəqliyyat hadisəsi də  ölümlə nəticələnib.
Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, traktorun kabinəsində “ciyər axşamı”ndan qayıdan Qarabağlı kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Elxan oğlu Əliyev ehtiyatsızlıqdan yıxılaraq təkərlərin altına düşüb.
Bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alan O.Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.



Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər