Bütün xəbərlər
Gürcüstanda müxalif deputatın həbsi ilə bağlı parlamentə müraciət olunub
Tarix: 25-06-2019 19:42 | Bölmə: Karusel

                                        

Gürcüstan parlamentində deputat Nika Melianın həbsi ilə bağlı xüsusi büro iclası keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, məsələ müvafiq komitələrdə də nəzərdən keçiriləndən sonra parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
N.Melianın sabahdan etibarən deputat toxunulmazlığının dayandırılacağı gözlənilir. 
Baş Prokurorluqdan bildirilib ki, N.Melia aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda günahlandırılır. Deputat ona qarşı ittihamın irəli sürülməsi üçün sabah Baş Prokurorluğa çağırılıb. 
*** 19:14
Gürcüstanın Baş Prokurorluğu parlamentin müxalif Vahid Milli Birlik Partiyasından olan deputatı Nika Melianın həbsi barədə qərar qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu qərar müxalif deputatın iyunun 20-də Tbilisidə etirazlar zamanı baş verən hadisələrdə iştirakı ilə bağlıdır.
Baş Prokurorluq N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı artıq parlamentə müraciət edib. 



Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər