Bütün xəbərlər
Keçmiş arvadını öldürən şəxsə hökm oxunub
Tarix: 03-06-2019 18:39 | Bölmə: Karusel

                                      

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
Hökmə əsasən, İ.Abdullayev 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı, 27 yaşlı İ.Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Abdullayev saxlanılıb.



Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər