Bütün xəbərlər
Dostunu qətlə yetirən şəxsə hökm oxunub
Tarix: 03-06-2019 18:10 | Bölmə: Karusel

                                      

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə. Nağıyev 13 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində baş verib. 1985-ci ildə Naxçıvanda anadan olmuş Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Lakin orada saxlanılıb və Bakıya ekstradisiya edilib.



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər