Bütün xəbərlər
Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası təsis olunub
Tarix: 27-05-2019 17:08 | Bölmə: Karusel



“Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.
Trend-in məlumatına görə, assosiasiya taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə yaradılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ölkədə 30-a yaxın assosiasiya fəaliyyət göstərir və nazirlik taxılçılıq sahəsində fəaliyyət göstərənləri dəstəkləyir:
"Bu gün ölkədə 50-ə yaxın iri fermer təsərrüfatları yaradılıb. 24 iri təsərrüfata 162 milyon manat güzəştli kredit verilib".
Assosiasiyanın, həmçinin nizamnaməsi də qəbul edilib.



Baxış sayı: 360


Bölməyə aid digər xəbərlər