Bütün xəbərlər
Bakıya turist kimi gələn İraq vətəndaşlarının qaldığı ev qarət olundu
Tarix: 27-05-2019 16:10 | Bölmə: Karusel

                              

Bakıda İraq vətəndaşlarının qaldığı ev qarət olunub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.
Bakıya turist kimi gələn İraq vətəndaşı, 1982-ci il təvəllüdlü Qusay Casim Kareem polisə müraciət edərək bildirib ki, mayın 26-da onun yataq otağından masanın üstündən "Samsung" markalı mobil telefon, onunla birlikdə qalan 1988-ci il təvəllüdlü Səfa Hüseyn Kəriminin isə mobil telefonu və şalvarının cibindən 2000 dollar oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər