Bütün xəbərlər
Meksikada bağlı evdə susuz və qidasız 200-dən çox miqrant tapılıb
Tarix: 24-05-2019 08:44 | Bölmə: Karusel

                              

Meksika hakimiyyəti paytaxt ətrafında bağlı evdə əsasən Mərkəzi Amerikadan olan 230 miqrantı susuz və qidasız tapıb.
Trend-in məlumatına görə, Ekatepek rayonunda yerləşən şübhəli ev barədə məlumatı qonşular verib.
Hadisə yerinə polis, mülki müdafiə xədmətləri gələndə evdə yüzlərlə insanın susuz və qidasız olduğunu aşkar edib. Miqrantlar arasında 64 nəfər azyaşlı olub.
Miqrantlar azad edilib və qida məhsulları ilə təmin edilib.



Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər