Bütün xəbərlər
Bakıda şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
Tarix: 10-01-2018 11:33 | Bölmə: Karusel

                   

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, E.Məmmədov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, çalışdığı müddətdə şirkətin 20 min manat pulunu mənimsəməkdə təqsirli bilinib. E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilməyib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham olunub.



Baxış sayı: 438


Bölməyə aid digər xəbərlər