Bütün xəbərlər
Lənkəranda yeni doğulan əkizlərin ölümünün səbəbi açıqlanıb
Tarix: 09-01-2018 22:45 | Bölmə: Karusel
Lənkəranda yeni doğulan əkizlərin ölümünün səbəbi açıqlanıb     - YENİLƏNİB

Lənkəranda doğum evində baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb.
  Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova APA-ya bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda  yüksək təzyiqi olub: “Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar  həm yarımçıq olduğundan,  həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar”.
 Uşaqların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 



Baxış sayı: 473


Bölməyə aid digər xəbərlər