Bütün xəbərlər
Əfqanıstan ordusu ilə “Taliban” arasında döyüşlər - 20 hərbçi həlak olub
Tarix: 06-05-2019 16:18 | Bölmə: Karusel

              


Əfqanıstanın qərbində ordu bölmələri ilə “Taliban” radikal hərəkatı arasında döyüşlər qeydə alınıb.
Trend-in məlumatına görə, Fərəh əyalətində baş vermiş döyüşlər zamanı 20 hərbçi həlak oub.
Bundan başqa, Əfqanıstan təyyarələri əyalətin digər rayonunda “Taliban”a məxsus məntəqələrə aviazərbələr endirib.
Zərbələr nəticəsində azı 18 silahlının məhv edildiyi deyilir.



Baxış sayı: 388


Bölməyə aid digər xəbərlər