Bütün xəbərlər
Gürcüstanda ahıl kişi ikisi ailə üzvü olmaqla 4 nəfəri qətlə yetirib
Tarix: 03-05-2019 11:31 | Bölmə: Karusel

                          

Gürcüstanın Saqareco rayonunun Kandaura kəndində təqribən 70 yaşında olan kişi qətl törədib.
“Report”un yerli bürosu xəbər verir ki, o, oğlu, gəlini və 2 qonşusunu öldürüb.
Kişi öncə oğlunu və gəlinini, daha sonra isə köməyə gələn 2 qonşuya atəş açıb.
Yerli sakinlərin sözlərinə görə, hadisədən sonra kişi evdən çıxmayıb və hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Yayılan digər məlumatlara görə, qətli törədən şəxs 85 yaşındadır. Onun həyat yoldaşını da yaraladığı bildirilir.
İnsidentə ailə münaqişəsinin səbəb olduğu deyilir.
Qətli törədən şəxs artıq saxlanılıb. Faktla bağlı istintaq tədbirləri həyata keçirilir. 



Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər