Bütün xəbərlər
ABŞ-da məktəbi partlatmaq istəyən 3 yeniyetmə saxlanılıb
Tarix: 03-05-2019 09:10 | Bölmə: Karusel


ABŞ-ın Nyu York ştatında 3 yeniyetmə oxuduqları məktəbdə partlayış planlaşdırmaqda ittiham edilirlər.
Trend-in "ABC7" telekanalına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları Lonq-Aylend adasında yerləşən təhsil müəssisəsinə gəliblər və məktəblilər onlara avtobusda 3 nəfər 16 yaşlı məktəblinin partlayıcı qurğu barədə danışdıqlarını bildiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal sözügedən 3 nəfəri saxlayıblar.
Bildirilir ki, məktəblilərin evlərinə baxış keçirilərkən orada partlayıcı qurğunun hazırlanması haqqında kitab aşkar ediblər.



Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər